Lənkəran çimərliyində tank əleyhinə mina tapılıb

2019/04/95ca7-1554527773.jpg
Oxunub: 13989     09:09     06 Aprel 2019    
Lənkəran şəhərinin dəniz sahilində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən mina aşkarlanıb.

Ordu.az Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən xəbər verir ki, təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dəniz sahilində təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirib.

Nəticədə 1 ədəd təlim məqsədli (tərkibində heç bir partlayıcı maddə olmayan) tank əleyhinə mina (TM-62P3) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə aparılıb.

Tank əleyhinə minanın ətrafında 1,500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lənkəran   ANAMA  


Bizi "telegram"da izləyin