Məmmədyarov Lavrovla Qarabağ münaqişəsini müzakirə edib

2019/04/14888-1554469315.jpg
Oxunub: 29976     16:59     05 Aprel 2019    
Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirilən ikitərəfli görüş başa çatıb.

Ordu.az xəbər verir ki, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıq məsələləri və regional siyasətlə bağlı əsas məqamlar müzakirə olunub.

Məlumata görə, nazirlər Dağlıq Qarabağ münaqişəsinin təmzimlənməsi məsələsini geniş müzakirə ediblər.

Qeyd edək ki, Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya gedib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin