Suriya XİN rəhbəri Colan təpələri ilə bağlı bəyanat verdi

2019/04/15365-1554468952.jpg
Oxunub: 29206     16:54     05 Aprel 2019    
Suriya hökuməti İsrailə Colan təpələri ilə bağlı xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, bu barədə rəsmi SANA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Suriya Xarici İşlər naziri Vəlid Muallim dünən paytaxt Dəməşqdə Venesuelalı həmkarı Jorge Arreaza ilə birlikdə birgə mətbuat konfransı keçirib.

Mətbuat konfransında çıxış edən Vəlid Muallim bildirib ki, Colan Təpələrinin qaytarılması üçün bütün variantlar masadadır: "Suriya Colan təpələrini bütün vasitələrlə azad edəcək və bütün seçimlər masadadır. Bizim iradəmiz və qətiyyətimiz var".

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   XİN   Colan  


Bizi "telegram"da izləyin