Bu ziddiyyətlərin yaranmasına səbəb Ermənistan ordusunda mobil telefondan istifadə qaydaları ilə bağlı yeni göstərişlərin verilməsi olub.
Məlum olduğu kimi, 2018-ci il avqustun 17-də Tonoyan müddətli xidmət hərbi qulluqçularına tətbiq edilən qaydalara əməl etməklə, mobil telefondan istifadə etməyə icazə verilməsinə dair əmr verib. Hazırda erməni əsgərlərinə çəkiliş, səs yazma, internetə giriş imkanları olmayan telefonlardan istifadə etməyə icazə verilir. Telefon istifadə etmək istəyən çağırışçı bu barədə çağırış məntəqəsinə bildirir, müvafiq təlimat alır və mobil telefon tələblərə cavab verirsə, qeydiyyata alınır, əks halda valideynlərinə geri qaytarılır.
Mobil telefondan yalnız hərbi hissənin günün nizam qaydalarına uyğun boş saatlarda istifadə edilə bilər. Mobil telefondan istifadə üçün ödəniş istifadəçi tərəfindən ödənilir.
Məlumatlara görə, Davtyan da öz növbəsində hərbi hissələrdə zabitlərin qeyri-smartfon tipli telefonlara sahib ola biləcəkləri barədə əmr verib.
Tonoyan isə buna narazılıq edərək qeyd edib ki, bu hal insan haqlarının pozulması, şəxsi həyata müdaxilə edilməsi faktıdır. Bildirilir ki, Davtyanın bu qərarı onunla razılaşdırmadan və müzakirə etmədən qəbul etməsi, Tonoyanı daha da hiddətləndirib.
Döyüş postları, gizli silah və ya texnika, avtomobillərin nömrələri və sairə şəkillərin yayılması qadağan edilib, hərbi əməliyyatlar zamanı mobil telefonun söndürülməsi təlimatı əmrdə öz əksini tapıb.
Baş Qəraragah rəisinin əmri ilə bu tələblər zabitlərə də şamil edilib. Lakin Müdafiə naziri şəxsi həyata müdaxilə edilməsini əsas gətirərək, bu kimi halları yolverilməz hesab edib.
Erməni zabitlərin BQ rəisinin bu qərarı ilə bağlı Müdafiə nazirinə şikayət etdikləri bildirilir. Nəticədə Tonoyan Artak Davtyanla ciddi söhbət aparmalı olub.
Bu təəccübün başqa məqamlarla da bağlı olduğu istisna edilmir. Yəni bu qərarın qəbul olunmasının onunla müzakirə edilməməsi də gərginliyə səbəb olub.
Qeyd olunur ki, Tonoyanla Davtyanın suları bir arxla axmır. Belə ki, Tonoyanın geniş bir informasiya idarəsi var. Lakin BQ də öz növbəsində bir informasiya şöbəsi yaradıb. Jurnalistlərin BQ tərkibindəki informasiya şöbəsinin fəaliyyətinin bir-birlərinə gördükləri işin nümayiş etdirilməsindən ibarət olmasına dair sualına cavab olaraq Artak Davtyan bildirib ki, bu şöbənin fəaliyyəti təmamilə başqa xaraketer daşıyır.
Eyni sualla Ermənistan MN-ə edilən sorğuda isə qurumun mətbuat katibi Artsrun Hovhanisyan bildirib ki, silahlı qüvvələrdə döyüş qabiliyyətinin artırılması və nizam-intizamın möhkəmləndirilməsi sahəsində görülən işlər şərh edilmir. O tövsiyyə edib ki, Davtyanla Tonoyan arasında gərginləşən münasibətlərə dair məlumatları yazmasınlar.
Alpər Mövludoğlu
Ordu.az