Ordu.az müsahibədən müəyyən hissələri oxuculara təqdim edir:
- Cənab Kazimirov, münaqişə zonasında 2016-cı ilin aprel döyüşlərindən 3 il keçdiyi, münaqişənin nizamlanması üzrə proseslərin təkrar əsaslı dönüş olmadan davam etməsi, hazırda münaqişənin hansı mərhələdə olması, nizamlanma prosesində hansı problemlərin olduğuna dair nə deyə bilərsiniz?
– Hər iki ölkənin Baş Qərargah rəislərinin Rusiya Baş Qəragah rəisi ilə Moskvada görüşü və vəziyyətin müzakirə edilərək, atəşkəsin qorunması üzrə şifahi razılaşma əldə edilməsini, eləcə də 2016-cı ilin aprel hadisələrinin dəf edilməsini əhəmiyyətli hadisə hesab edirəm.
Artıq danışıqlar prosesində iştirak etmirəm, Latın Amerikasında işləsəm də, məni əvəz edən rusiyalı diplomat 1997-ci il aprel danışıqları raundlarında iştirak edirdi. Həmin dövrədək həmsədr ölkələr Rusiya və Finlandiya olub. Daha sonra tərkib dəyişdirilərək, həmsədr ölkələr ABŞ, Rusiya və Fransa oldular. Bundan sonra həmsədrlərin bölgəyə səfərləri başladı. Bu mərhələdən sonra paket həlli, mərhələli həll proseslərinin təklif edilməsi, məlum sənədlər ortaya çıxmağa başlasa da, tərəflər bunu qəbul etmədi.
1997-1998-ci illərdə rəhbərlər səviyyəsində mütəmadi görüşlər başladı. İş üslubu dəyişsə də, bu strateji dəyişiklik deyildi. Lakin qüvvələr balansı müharibə dövründə olduğu kimi eyni olaraq qalırdı. Azərbaycan və Ermənistan bu gün də olduğu kimi qalan qüvvələrin strateji düzülüş qaydasıdır... Danışıqların aparılması üsulu isə taktikadır, buradakı danışıqlar prosesində strateji düzülüş qaydası yoxdur.
- Hazırda danışıqlar prosesində maraqlı vəziyyət yaranıb. Ermənistan Baş naziri qeyd edir ki, danışıqlar prosesində məzmunlu danışıqlar üçün Xankəndi (qondarma qurum-red.) iştirak etməlidir. Azərbaycan buna hələ qarşı çıxsa da, təmas xətti kifayət qədər kövrək haldadır. Danışıqlar prosesində və təmas xəttindəki vəziyyətdə nə gözlənilir?
- Öz subyektiv fikrim belədir ki, geniş miqyaslı müharibə baş verməyəcək. Lakin hadisələr baş verir, bu davam edə bilər. Mütəmadi olaraq bu məsələdə maraqlı tərəf olaraq, qarşı tərəf 2016-cı ilin aprelində olduğu kimi qüvvələrini təkrar yoxlamaq arzusunda ola bilər. Belə hadisələr təkrar baş verə bilər. Amma münaqişə tərəflərinin geniş miqyaslı müharibənin baş verməsində maraqlı olduqlarını düşünmürəm.
- Bu formatda danışıqlar nə qədər uzadılacaq?
- Ehtimallar etmək istəmirəm. Bu tərəflərin və ATƏT-in Minsk Qrupunun işidir. Mən öz fərdi mövqeyimi bildirirəm, artıq çoxdan diplomatik fəaliyyətimi dayandırmışam, çoxdan təqaüdçüyəm, özəl şəxs olduğuma görə bu məsələ ilə bağlı fikrimi demək istəməzdim.
Alpər Mövludoğlu
Ordu.az