Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu ziddiyyətlərin yaranmasına səbəb Ermənistan ordusunda mobil telefondan istifadə qaydaları ilə bağlı olub.
Məlum olduğu kimi, Tonoyan müddətli xidmət hərbi qulluqçularına tətbiq edilən qaydalara əməl etməklə, mobil telefondan istifadə etməyə icazə verilməsinə dair əmr verib.
Məlumatlara görə, Davtyan da öz növbəsində hərbi hissələrdə zabitlərin qeyri-smartfon tipli telefonlara sahib ola biləcəkləri barədə əmr verib.
Tonoyan qeyd edib ki, bu hal insan haqlarının pozulması, şəxsi həyata müdaxilə edilməsi faktıdır. Bildirilir ki, Davtyanın bu qərarı onunla razılaşdırmadan və müzakirə etmədən qəbul etməsi, Tonoyanı daha da hiddətləndirib.
Alpər Mövludoğlu
Ordu.az