Erməni ekspert: "Qarabağ münaqişəsində ərazilərin dəyişdirilməsi versiyası ABŞ layihəsidir"

2019/04/Danie-1554366561.jpg
Oxunub: 25011     12:43     04 Aprel 2019    
"Türkiyə və Azərbaycan arasında quru əlaqəsinin yaradılması bu ölkələrin milli arzularıdır. Bu yolla türk dünyasının yaradılması yeni imkanlar əldə edər, həmçinin Orta Asiyadan Avropaya və Cənubi Asiyaya qədər enerji daşıyıcılarına siyasi təsir imkanları qazandırardı".

Ordu.az xəbər verir ki, bu barədə erməni analitik Stepan Danielyan öz "Facebook" səhifəsində yazıb.

O xüsusilə qeyd edib ki, Azərbaycan və Ermənistan tərəfinə təklif edilən Qarabağ münaqişəsində ərazilərin dəyişdirilməsi versiyası ABŞ layihəsidir.

Həmçinin Danielyan qeyd edir ki, məlum olduğu kimi bu versiya yeni geosiyasi nizam yaratmaqla Orta Asiyadan başlamış Yaxın Şərqədək olan bu böyük bölgəni geosiyasi dəyişikliyə gətirib çıxaracaq, yaxud uzun müddətli disbalans dövrü formalaşdıracaqdı.

"XIX əsrdə Rusiya ilə Böyük Britaniya arasındakı "Böyük Oyundan" xəbərdar olanlar və Türkiyənin gözləntilərini bilənlər bunu yaxşı dərk edər" - deyə o vurğulayıb.

Erməni ekspert hesab edir ki, Meğri versiyasının ehtimal edilən nəticələri məlumdur:

1. Azərbaycan və Ermənistan arasında münaqişəni həll etməklə, ola bilsin ki, Rusiya birdəfəlik Cənubi Qafqazda təsirini itirə bilər, Türkiyə isə Cənubi Qafqazda təsiri olan dominant ölkəyə çevrilərdi;

2. Türkiyə və Azərbaycan arasında quru əlaqəsinin yaradılması bu ölkələrin milli arzularıdır. Bu yolla türk dünyasının yaradılması yeni imkanlar əldə edir, həmçinin Orta Asiyadan Avropaya və Cənubi Asiyaya qədər enerji daşıyıcılarına siyasi təsir imkanları qazandırardı;

3. İran dövləti öz şimal sərhədlərində Türkiyə və Azərbaycan tərəfindən keçilməyən sərhəddin varlığı səbəbindən potensial qeyri-stabillik təhdidi altına düşəcəkdi.

4. XIX əsrdə olduğu kimi, Türkiyə Azərbaycan vasitəsilə Cənubi Qafqazda və Rusiyanın digər respublikalarındakı müsəlmanları və türkləri fəallaşdırmağa yeni imkanlar əldə edəcəkdi. Kim ki, Qafqaz müharibələri ilə tanışdır, bunu yaxşı təsəvvür edə bilər.

Sorğu: Ermənistanda belə bir layihə ilə əlaqəsi olan istənilən adam, Rusiyanın qəti düşməninə (xəyalımızda İranı tuturuq) çevrilirdi. Bəs indi necə olur ki, bu layihə ilə razı olan siyasi xadim Rusiyameyilli siyasi xadimə çevrilib və Rusiyanın dəstəyini ala bilib", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ   ABŞ  


Bizi "telegram"da izləyin