Almaniyalı ekspert: "Qarabağ münaqişəsində tərəflər arasında ortaq keçid nöqtəsi yoxdur"

2019/04/76876-1554363125.jpg
Oxunub: 28633     11:31     04 Aprel 2019    
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinin bütün məntiqi, görüşlər, onun ardınca diplomatik və hərbi bəyanatlar münaqişənin nə dərəcədə mürəkkəb bir münaqişə olduğunu ortaya qoyur".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri almaniyalı ekspert Uve Halbax Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara münasibət bildirərkən deyib.

Onun fikrincə, keçmişdə olduğu kimi, bu gün də tərəflər arasında ortaq keçid nöqtəsi yoxdur.

"Baxmayaraq ki, tərəflərin müzakirə mövzusu və zəruri formatı olmadan bu mühitin yaradılmasına səy göstərilir, lakin çıxış yolu yoxdur. Danışıqlar aparılmasa başqa nə ilə məşğul olacaqları məlum deyil. Buna görə də görüşlər keçirilir", - deyə Halbax qeyd edib.

Almaniyalı ekspert hesab edir ki, bu gün ciddi danışıqlar aparılmır və tərəflər susducu bəyanatlar verməyə məcburdurlar.

"Tərəflər dərk edir ki, əgər ciddi nizamlanma prosesi getmirsə, həmişə olduğu kimi yeni hadisələr baş verə bilər. İndiki məqamda müsbət perspektivlərdən danışmaq çətindir", - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Müharibə  


Bizi "telegram"da izləyin