Erməni deputatların Qarabağ səfərindən sonra maraqlı istefa baş tutub - Oqanovski də dindirilib

2019/04/33453-1554289041.jpg
Oxunub: 13254     14:32     03 Aprel 2019    
“1 Mart” cinayət işi üzrə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın dindirilməsi və ifadəsi barədə məlumat verilmişdi.

Ordu.az “Joğovurd”a istinadən xəbər verir ki, o, ifadəsində həmin günlərdə hökumət binasında qondarma qurumun hərbi birləşməsi tərkibində xidmət edən zabitləri gördüyünü təsdiqləyib.

“Başa düşdüm ki, İrəvana Qarabağdakı hərbi birləşmənin bölmələri də gəliblər. Onların gəlməsinin məqsədi və ya səbəbləri barədə maraqlanmamışam”, - deyə Sarkisyan bildirib.

Nəşr, qondarma qurumun hərbi birləşməsinin nümayəndəsi Senor Həsrətyandan bu barədə bildiklərini soruşsa da, o, heç bir şey bilmədiyini deyərək qısa cavablandırıb. Eynilə “1 Mart” tarixində baş verən hadisələr zamanı Qarabağdan İrəvana qoşunun gəlib-gəlməməsi ilə bağlı suala da məlumatsız olması, nə baş verdiyini bilməməsi ilə cavab verib.

Qeyd edək ki, dünən qondarma qurumun hərbi birləşmə komandirinin müavini Samvel Karapetyan-Oqanovski istefa verib. Əldə edilən məlumatlara görə, Oqanovski “1 Mart” hadisələrinə görə dindirilib. Maraqlıdır ki, bu istefa “Mənim Adımım” fraksiyasının bir qrup deputatının Qarabağa səfərindən sonra baş verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 1-Mart   Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin