“Joğovurd”: Meğri hadisələri ilə bağlı yeni məlumatlar əldə edilib

2019/04/34534-1554277076.jpg
Oxunub: 12773     12:43     03 Aprel 2019    
Ermənistan Müdafiə Nazirliyinin Meğridəki hərbi hissəsində baş verən məlum hadisə ətrafında proseslər davam edir.

Ordu.az “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, bu iş çərçivəsində Meğridəki alayın bütün komandir müavinləri ilə yanaşı, hadisənin baş verdiyi taborun komandir müavinlərini də tutduqları vəzifələrindən azad ediblər.

Xatırladaq ki, müddətli xidmət hərbi qulluqçuları Meğridəki hərbi hissələrdən birini özbaşına tərk etməklə, etirazlarını ifadə edibdilər. Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.

Hələlik bu iş üzrə ittiham edilənin olmadığı məlum olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meğri   Ermənistan-ordusu   Etiraz  


Bizi "telegram"da izləyin