Hərbi ekspert: “Azərbaycan və Ermənistan arasında yeni müharibə qaçılmazdır”

2019/04/14780-1554274901.jpg
Oxunub: 23124     11:07     03 Aprel 2019    
“Ermənistan Müdafiə nazirinin bəyanatı onu göstərir ki, Vyanada Azərbaycan və Ermənistan rəhbərləri hər hansı məsələ ətrafında razılığa gəlməyiblər”.

Ordu.az xəbər verir ki, bu barədə Moskvanın siyasi və hərbi araşdırmalar mərkəzinin direktor müavini, hərbi ekspert Aleksandr Xramçixin erməni KİV-lərinə müsahibəsində bildirib.


Bu günlərdə Vyanada Azərbaycan və Ermənistan rəhbərləri İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən görüş konstruktiv adlandırılsa da, Ermənistanın Müdafiə naziri Davit Tonoyan Nyu-Yorkda xüsusi bəyanatla çıxış edərək, bildirib ki, bundan sonra “sülh müqabilində ərazi” formatı olmayacaq. O, bunu başqa cür formalaşdıraraq, “yeni müharibə, yeni ərazilər” kimi təqdim edib. Tonoyan ilk növbədə daim müdafiə vəziyyətindən azad olunmalı olduqlarını qeyd etməklə yanaşı, hərbi əməliyyatları rəqib meydanına daşıyacaq bölmələrin sayını açıqlayıb.

Bu deyilənlərin danışıqların nəticəsi ilə hər hansısa bir bağlılığına gəldikdə isə rusiyalı hərbi ekspert Xramçixinin qeyd edib ki, ritorikanın bu dərəcədə kəskinləşməsi o deməkdir ki, Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilən danışıqlarda heç bir razılıq əldə edilməyib. Xramçixin bunu təbii hesab etdiyini qeyd edib. O hər iki rəhbərin mövqelərinin təmamilə bir-birinə ziddiyət təşkil etdiyi halda, münaqişənin nizamlanması sahəsində hansı razılıq və ya güzəştlərin əldə edilə, nə barədə danışıqlar aprıla biləcəyini anlamadığını dəfərlərlə qeyd etdiyini vurğulayıb.

Ekspert, bu görüşün çox müzakirə edilməsinə baxmayaraq, əvvəlcədən də heç bir gözləntisinin olmadığını bildirib. Xramçixin qeyd edib ki, bəyanatlardan da məlum olduğu kimi müsbət nəticələr əldə edilməsinə əsas yox idi, artıq göründüyü kimi növbəti dəfə heç bir şey əldə edilməyib, nəticədə erməni tərəfinin hərbi ritorikasında dəyişiklik baş verib.

Bununla yanaşı rəsmi bəyanatlar və şərhlərdə humanitar tədbirlərin keçirilməsi, vəziyyəti gərginləşdirən bəyanatlardan çəkinməyə dair bəzi məsələlər ətrafında konsensus var. Bunun razılaşma olmasına gəldikdə isə Xramçixin söyləyib ki, hər hansı söhbətlər aparıla bilər: “Ehtimal edilir ki, belə də olub. Bu razılaşmaların necə həyata keçirildiyini, Azərbaycan və Ermənistan arasındakı mühitə necə təsir edəcəyini yaxında görərik”.

Xramçixin, həmçinin rəhbərlər arasında keçirilən görüşün konstruktiv olmasının bəyanını həmsədrlərin fəaliyyətinin tərkib hissəsi olduğunu da qəbul etməyi xatırladıb.

“Nə dərəcədə nəticəsiz olsa belə həmsədrlər danışıqlar prosesini alqışlamalıdırlar. Həmsədrlərin işi bu görüşlərin təşkil edilməsindən ibarətdir. Münaqişənin tarixçəsinə nəzər saldıqda bu görüşlər baş tutub, lakin əksər hallarda ciddi nəticələrə gətirib çıxarmayıb. Bu baş verənlərin digər tərəfidir. Ancaq ciddi məsələlər ətrafında hər hansısa bir razılaşma əldə edilmədiyinə görə erməni tərəfi hərbi ritorikasını dəyişir. Müharibə olmadan bu münaqişəni həll etmək mümkün deyil. Müharibənin nə vaxt olacağını demək çətin olsa da, bu müharibədən yayınmaq qeyri-mümkündür”, - deyə o əlavə edib.

Tərəflərin danışıqlar prosesinə yeni təkan verildiyini bəyan etməsinə baxmayaraq, bu danışıqların hər hansı bir nəticə verməyəcəyinə gəldikdə isə ekspert bildirib ki, əgər tərəflərin mövqeləri bir-birinə ziddiyət təşkil edirsə, belə olan halda münaqişənin həlli üçün vacib olan güzəştlərdən yox, yalnız tərəflərdən birinin sözsüz kapitulyasiyasından danışmaq olar. Hərbi ekspert buna görə də hansı tərəfin və niyə kapitulyasiyaya gedəcəyini bilmədiyini qeyd edib.

“Kapitulyasiya yalnız daha bir müharibə nəticəsində baş verə bilər. Bir çox vacib məsələlər ətrafında razılıq olmadan münaqişənin həll edilməsinin mümkün olmadığı halda, həmçinin bu danışıqlarda hər hansı konsensus əldə edilmədiyi bir vaxtda tərəflər niyə və nə barədə danışıqlar aparırlar?”, - deyə Xramçixin təəccübləndiyini ifadə edib.

Bu danışıqlar mühitinin nə qədər davam edəcəyinə gəldikdə isə Xarmçixin qeyd edib ki, danışıqlar prosesinin prinsipləri sonsuzluğa qədər uzadıla bilər və bu status-kvo erməni tərəfi üçün əlverişli olduğuna görə açıq-aşkar məlumdur ki, Ermənistan buna qarşı deyil.

“Azərbaycan isə əlbəttə, uzun müddət gözləyə bilməz. Sadəcə olaraq, Azərbaycan tərəfinin münaqişəni hərb yolu ilə həll etməyə nə vaxt hazır olduğunu düşünəcəyini deyə bilmərəm, bunun üçün xarici amillər var, bu isə hazırda qeyri-qənabətbəxş mühitdir. Buna görə də müharibə olacaq, amma yenə də deyirəm, yeni müharibənin nə zaman olacağını deyə bilməyəcəm”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   İşğal   Müharibə  


Bizi "telegram"da izləyin