Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan SQ Baş Qərargah rəisi Artak Davtyan aprel hadisələrinə görə cinayət işi açılmalı olduğunu düşünmür.
"Nə üçün, niyə cinayət işi açılmalıdır? Biz indi də deyirik, rəqib istənilən vaxt hücum edə bilər. Ordunun tapşırığı istənilən vaxt düşmənin hücumlarına müqavimət göstərməkdir", - deyə Davtyan, 2016-cı ildə guya ordumuzun hücum edə biləcəyinə dair erməni kəşfiyyatının məlumatlara malik olması, lakin bu barədə susmağına dair yayılanları şərh edərkən bildirib.
Alpər Mövludoğlu
Ordu.az