“Qarabağ münaqişəsinin həlli prosesində barışıq perspektivi yoxdur” – Sarkisyan

2019/04/23423-1554205312.jpg
Oxunub: 19349     17:12     02 Aprel 2019    
“Bu gün danışıqlar prosesini dalana dirəyən mövcud gündəm dəyişərsə, danışıqlar yeni mərhələyə daxil olacaq”.

Ordu.az xəbər verir ki, bu fikirləri Ermənistanın Demokratiya partiyasının rəhbəri Aram Sarkisyan martın 29-da İlham Əliyev və Paşinyan arasında Vyanada baş tutan görüşü şərh edərkən səsləndirib.

Aram Sarkisyan Qarabağ münaqişəsinin həlli prosesində barışıq perspektivi görmədiyini bildirib.

“Hər iki tərəf öz mövqeyini iddia edirsə, belə halda kimin doğru olduğuna qərar verilməsi üçün hakimin olmasına zərurət var. Bütün mümkün üsullar bugünədək istifadə edilsə də, razılığa gəlməyin mümkün olmadığı faktdır”, - deyə o bildirib.

Xatırladaq ki, martın 29-da Vyanada hər iki ölkə rəhbərliyinin görüşü 3 saatdək davam edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin