“Aprel döyüşləri ərəfəsində Ermənistan ordusundakı korrupsiyanın əslini heç zaman bilməyəcəyik” – EKSPERTLƏR

2019/04/34534-1554193367.jpg
Oxunub: 15312     12:19     02 Aprel 2019    
“Aprel döyüşləri korrupsiyanın orduya necə təsir etdiyini ortaya qoydu. Lakin o zaman orduda mövcud olan korrupsiyanın əsl təsvirini yəqin ki, heç vaxt bilməyəcəyik, tam istintaq aparılmayacaq”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu cür bəyanatla ötən gün “Orbeli” mərkəzi tərəfindən təşkil edilən konfrans zamanı Rusiyanın strateji araşdırmalar istitutunun baş elmi işçisi Konstantin Tasiç çıxış edib.


Hərbi ekspert Mher Hakobyan isə, aprel döyüşlərinin belə nəticələr vermək üçün hələ də təzə olduğunu düşünür. Bundan əlavə, aprel döyüşlərindən sonra Ermənistan ordusunda korrupsiya səviyyəsinin obyektiv qiymətləndirilməsi ilə bağlı araşdırma aparmaq müvəffəq olmadı.

O hesab edir ki, aprel müharibəsi ilə əlaqədar bir çox şey hələ də qapalıdır, rəsmi və ya qeyri-rəsmi səviyyədə məlumat hələ də yoxdur.

“Rəsmi səviyyədə ona görə məlumat yoxdur ki, aprel döyüşləri ilə bağlı bir çox sənədlər məxfidir. Qeyri-rəsmi səviyyədə də məlumat yoxdur, ehtimal olunur ki, heç vaxt da olmayacaq. Ona görə ki, bir çox hadisələr sənədləşdirilməyib. Bugünədək müharibə zamanı “X” zabit və “X” idarənin özünü necə aparması məlum deyil”, - deyə Hakobyan qeyd edib.

Erməni hərbi ekspert, korrupsiyanın orduya təsiri, müharibə zamanı baş verənlərin necə olduğu barədə belə nəticələr vermək üçün aprel döyüşlərinin hələ də təzə olduğunu düşünür. O, eyni zamanda qeyd edir ki, zaman keçsə belə erməni cəmiyyətini narahat edən məsələlərin cavabını bilmək mümkün olmaya da bilər. Bunun üçün ədalətli istintaq aparılmalıdır. Lakin aprel döyüşləri ilə bağlı belə bir istintaq olmayıb və ehtimal edilir ki, heç olmayacaq.

“Zaman keçdikcə, informasiyada köhnəlir. Müəyyən vaxt keçdikdən sonra sənədlərin məxfiliyi açılsa da, ehtimallar aparmaq mümkün olacaq, lakin tam məlumat əldə etmək qeyri-mümkündür”, - deyə o əlavə edib.


Ermənistanda yeni formalaşan hakimiyyət dövründə aprel döyüşlərinin araşdırılmasına hansı manelərin varlığına gəldikdə isə Hakobyan qeyd edib ki, ilk növbədə siyasi əngəllər mövcuddur. Onun sözlərinə görə, 2016-cı ildə bu məsələlərin üstü açılsaydı, siyasi hakimiyyət əlverişsiz vəziyyətdə qala, nöqsanlar ortaya çıxa bilərdi, məlum olduğu kimi bu da keçmiş siyasi hakimiyyətə sərf etmirdi.

“İndiki hakimiyyət ola bilər nəsə etmək istəsin, lakin çox hallarda məxfi olan məlumatlara rast gəlməklə, imkansız olacaq. Çünki korrupsiya faktları həddindən çox olsa da, araşdırılma aparılmayıb və sübut edilməyib. Ona görə korrupsiyanın orduya təsirini dəyərləndirmək qeyri-mümkündür. Texnikanın nasaz olması, yanacaq çatışmazlığı orduda korrupsiya olduğuna sübut deyil. Amma korrupsiyanın orduya necə təsir etdiyi sualına cavab vermək mümkün deyil”, - deyə o vurğulayıb.

Erməni hərbi ekspert qeyd edir ki, orduya korrupsiyanın təsirini müəyyən etmək mümkün olmasa da, keçmiş hakimiyyət dövründə ordu da daxil olmaqla bir çox sahələrdə korrupsiya pas kimi yayılıb. Bunun da öz növbəsində döyüş hazırlığına mənfi təsir etdiyi məlumdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Korrupsiya   Aprel-döyüşləri  


Bizi "telegram"da izləyin