“Əgər Tonoyan başqa bəyanat versəydi, onu nazir vəzifəsindən azad edərdim” - Paşinyan

2019/04/45645-1554191908.jpg
Oxunub: 5810     11:55     02 Aprel 2019    
“Danışıqlar prosesi davam etməlidir, lakin biz eyni zamanda başa düşməliyik ki, münaqişə nizamlanmayıb”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Yerablur”da (İrəvanda hərbçilərin və dövlət xadimlərinin dəfn edildiyi xiyaban) jurnalistlərə müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Əgər müharibə olarsa, bizim istəyimiz bu müharibədə qalib gəlmək olmalıdır”, - deyə Paşinyan qeyd edib.

O, bir neçə gün əvvəl Ermənistan Müdafiə naziri Davit Tonoyanın “ərazilər müqabilində sülh” formatı dəyişir bəyanatına da münasibət bildirib.

“Əgər Davit Tonoyan başqa bəyanat versəydi, mən onu nazir vəzifəsindən azad edərdim. Nazir nə deməlidir, deyib. Əgər birdən Müdafiə naziri başqa bir şey düşünərsə, o zaman gərək Müdafiə naziri kimi fəaliyyət göstərməsin. Bu münaqişənin sülh yolu ilə həllinə hər hansı kölgə salmır. Əksinə münaqişənin sülh yolu ilə həlli prosesinin əhəmiyyətini vurğulayır”, - deyə Paşinyan Tonoyanın təxribatçı bəyanatına haqq qazandırmağa çalışıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ   Müharibə  


Bizi "telegram"da izləyin