“Past”: Mnatsakanyanın Moskva uğursuzluğu, Paşinyan niyə əsəbləşib?

2019/04/7086_-1554188713.jpg
Oxunub: 10310     11:04     02 Aprel 2019    
Ermənistan tərəfi ölkə rəhbərlərinin danışıqlarından sonra həmsədrlərin bəyanatının mətnində Nikol Paşinyanın öncədən verdiyi vədlərin heç olmasa ümumi təsvir edilməsinə çalışırdı. Lakin Paşinyan Mnatsakanyana verilən missiyanın yerinə yetirilmədiyi üçün olduqca qəzəblidir.

Ordu.az “Past.info”ya istinadən xəbər verir ki, bu qəzəb Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Moskvaya “gizli” səfər etməsi, bu cür bəyanatların mətninin əvvəlcədən hazırlanmasını nəzərə alaraq, rusiyalı həmsədrin vasitəsilə bəyanatın mətnində bəzi yumşaldıcı və daha əlverişli tezislər etməyə cəhdinin boşa çıxması ilə əlaqədardır.

Nəticədə, Paşinyan Xarici İşlər nazirindən ciddi narazı qalıb. Hazırda “daxili mətbəxdə” hesab edirlər ki, Mnatsakanyan ilk ciddi imtahanından demək olar ki, “kəsilib”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Mnatsakanyan  


Bizi "telegram"da izləyin