Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu işğal altında olan Qarabağdakı qondarma qurumun “Daşnaksutyun” fraksiyasının təmsilçisi Davit İşaxanyan söyləyib.
Onun sözlərinə görə, aprel döyüşlərindən əvvəl baş verənlər kimi, indi baş verənlərə nəzər saldıqda yenə müharibə təhlükəsinin olduğuna diqqət edilməlidir.
“Yalnız hərbi əməliyyatlara müqavimət göstərmək deyil, həmçinin onun davam etdirilməsinə hazır olmaq lazımdır”, - deyə o, ötən gün Tonoyanın təxribatçı açıqlamasına dəstəyini ifadə edib.
Alpər Mövludoğlu
Ordu.az