Tarasov görüş haqqında: “Bu hal ciddi məsələlər ətrafında danışıqlar aparıldığından xəbər verir”

2019/04/maxre-1554105156.jpg
Oxunub: 18536     11:49     01 Aprel 2019    
“Bakı və İrəvan Madrid prinsiplərindən yan keçərək yeni seçim yaratmağa cəhd edirdilər, çox ehtimal ki, həmin ssenari uğursuz oldu”.

Ordu.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Stanislav Tarasov erməni KİV-lərinə açıqlamasında deyib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə tərəflər Ermənistanın Baş naziri Nikol Paşinyanın təyinatından sonra ilk dəfə ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında görüş keçiriblər. Tarasov qeyd edib ki, 4 dəfə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri, 3 dəfə isə İlham Əliyev və Paşinyan arasında qeyri-rəsmi görüş keçirilib. Bu isə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında keçirilən ilk görüş idi.

“Faktiki olaraq iki proses gedir, Minsk qrupu da, tərəflər də görüşlər keçirilməsinə təşəbbüskarlıq göstərirdilər. Tərəflərin, münaqişənin həlli üzrə öz versiyalarını hazırlayıb, Minsk Qrupuna təqdim etmək istədikləri istisna edilmir”, - deyə o bildirib.

Tarasov hesab edir ki, Bakı və İrəvan “Madrid prinsipləri”ndən yan keçmək və yeni seçim yaratmağa cəhd edirdilər, lakin güman ki, həmin ssenari uğursuz oldu.

Politoloqun fikrincə ziddiyyət yaradan hal hər iki tərəfin bir-birinin baxışlarını ictimai şəkildə inkar etmələri, ziddiyyətli bəyanat vermələri idi ki, belə olan halda da niyə görüşmələri və nə barədə danışacaqları ilə bağlı sual ortaya çıxır. Tarasov qeyd edir ki, maraqlı məqamlardan biri də görüş qabağı Minsk Qrupunun bəyanatla çıxış edərək, Madrid prinsiplərini xatırlatması və Qarabağın (qondarma qurum-red.) danışıqlarda iştirak etməsi barədə İrəvanın təklifinin əleyhinə olduğunu vurğulaması olub.

Rus politoloq qeyd edir ki, rəhbərlərin 3 saat söhbət etdiyi məlum olub, bu diplomatiya sahəsində yaxşı haldır.

“Bu hal İlham Əliyev və Paşinyanın ciddi məsələlər ətrafında danışıqlar apardığından xəbər verir. Tərəflərin görüşü müsbət dəyərləndirməsi, dialoqun davam etdiriləcəyi mənasını daşıyır”, - deyə o fikirlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tarasov   ATƏT   Qarabağ  


Bizi "telegram"da izləyin