Ordu.az "Joğovurd"a istinadən xəbər verir ki, ondan, həmçinin 2008-ci ilin "1 Mart" hadisələri çərçivəsində ifadəsi də alınacaq.
Bir sıra mənbələr Samvel Karapetyandan yayılan məlumatları dəqiqləşdirməyə cəhd ediblər. O, bildirib ki, hələ son qərarını verməyib.
"Mən hələ ki tam qərarımı verməmişəm, sonra deyərəm. Hələ əmr yoxdur. Ola bilər ki, tərxis oldum. Bütün ömrüm boyu xidmət etməyəcəm ki?", - deyə o əlavə edib.
"1 Mart" hadisələri ilə bağlı dindirilmə məsələsinə gəldikdə isə qəzetin əməkdaşının sualına Karapetyan anidən qəzəblənərək, anlaşılmayan kəlmələr səsləndirərək telefonu söndürüb.
Xatırladaq ki, Ermənistan Xüsusi İstintaq Xidməti uzun müddətdir ki, Oqanovskini dindirməyə cəhd edir. Lakin o, susqunluqla mövzudan yayınıb. Bildirilir ki, hüquq mühafizə orqanları onu güc yolu ilə gətirmək istəməyiblər.
Alpər Mövludoğlu
Ordu.az