Paşinyan Vyanada etiraf etdi: “Orduda cinayət aləminə xas münasibətlər mövcuddur”

2019/03/15397-1553930185.jpg
Oxunub: 9394     11:37     30 Mart 2019    
“Təəssüf ki, cinayət aləmindən ötürülən bu cür münasibətlərə hələ də orduda rast gəlmək olur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Paşinyan martın 29-da Avstriyada erməni icması ilə görüşündə bildirib.

“Bu bizim ən böyük problemlərimizdən biridir. Təsəvvür edirsiniz, əsgər yoldaşları bir-birlərilə oturub çörək yeyə bilər və bu zaman elə bir söhbət başlayar ki, biri avtomatı əlinə alıb digərini güllələyir. Artıq bu, özü-özlüyündə orduda böyük bir problemin olduğunu sübut edir”, - deyə Paşinyan bildirib.

Həmçinin Paşinyan qeyd edib ki, məsələ real araşdırılmalı və həll edilməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan-ordusu   Cinayət  


Bizi "telegram"da izləyin