Apreldə erməni və rus pilotlar birgə uçuşlar həyata keçirəcəklər

2019/03/34534-1553864277.jpg
Oxunub: 25431     17:08     29 Mart 2019    
1-14 aprel tarixlərində Rusiya və Ermənistan Silahlı Qüvvələrinin pilotları “Bağramyan” təlim mərkəzində birgə taktiki döyüş məşqləri keçirəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin (CHD) mətbuat xidməti tərəfindən məlumat yayılıb.

Həmçinin mətbuat xidmətindən bildirilib ki, “Erebuni” aviabazasında yerləşən rus aviasiya qüvvələrinin MiQ-29 qırıcıları “Alagöz” təlim mərkəzində də təlim uçuş məşqləri keçiriblər.

Pilotlar 250-500 metr yüksəklikdə təlim uçuşları həyata keçiriblər. Şərti rəqibin zirehli texnikasını məhv edib və şərti rəqibin hücum aviasiyasının təqibindən yayınıblar.

Təlim məşqlərində 200 hərbi qulluqçu iştirak edib, 20 ədəd MiQ-29 qırıcı təyyarəsi cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   Təlim  


Bizi "telegram"da izləyin