Erməni əsgər hərbi hissənin avtomatını satıb

2019/03/Untit-1553863707.jpg
Oxunub: 29325     17:54     29 Mart 2019    
Erməni ordusunun əsgəri hərbi hissənin AK-74 markalı avtomatını ələ keçirib və satıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Sünik vilayət məhkəməsində Haykaz Bağdasaryanın işi üzrə məhkəmə istintaqı baş tutub.

Ona qarşı irəli sürülən ittihama görə, müddətli xidmət hərbi qulluqçusu olmaqla şəxsi maraqları zəminində Haykaz Bağdasaryan qanunsuz yolla hərbi hissənin balansında olan silahı ələ keçirib.

O, AK-74 markalı avtomatı və hərbi sursat hesab edilən 118 ədəd 5.45 mm-lik patronları qanunsuz yolla ələ keçirib, həmin bölüyün anbarında gizlədib, daha sonra sıravi Q. Sərdaryanın yardımı ilə onları satıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   AK-74  


Bizi "telegram"da izləyin