Ermənistan prezidenti Rusiyaya 11 dəfə səfər edib - Gizli məlumatlar

2019/03/sarki-1553859239.jpg
Oxunub: 27737     15:43     29 Mart 2019    
Armen Sarkisyan prezidentliyi dövründə 11 dəfə Rusiya Federasiyasına səfər edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan öz səlahiyyət müddətində 11 dəfə Rusiya Federasiyasına səfər edib.

Rusiyada olduğu müddət ərzində Sarkisyana Ermənistanın Rusiyadakı səfirliyinin diplomatik heyəti qulluq göstərib. Onun Rusiyada bir sıra görüşləri olsa da, bütün səfərləri barədə məlumat verilməyib.

Bu barədə KİV-in ünvanlandığı suala Ermənistan prezident administrasiyasından cavab verilib ki, Armen Sarkisyan Rusiya Federasiyasına bir dəfə, 2018-ci ilin 13-16 iyun tarixlərində işgüzar səfərlə gedib. O, həmin vaxt futbol üzrə dünya birinciliyinin bağlanış mərasimində iştirak edib.

Lakin məlumata əsasən, Ermənistanın Avropa ölkələrinə birbaşa reysləri olmadığına görə bəzi Avropa ölkələrinə səfər edərkən Rusiyanın paytaxtı Moskva keçid ölkə kimi istifadə edilib.

Eyni zamanda bildirilib ki, bu səfərlər zamanı Ermənistan prezidenti iki dəfə Rusiya XİN rəhbəri Sergey Lavrov və nazir müavini Karasinlə qeyri-rəsmi yeməkdə iştirak edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Armen-Sarkisyan  


Bizi "telegram"da izləyin