Azərbaycan Ordusu Cənub Qafqazda 1-ci, dünyada 52-ci yerdədir

2019/03/41704-1553855976.jpg
Oxunub: 15138     14:20     29 Mart 2019    
Azərbaycan Ordusu Cənub Qafqazın ən güclü ordusudur.

Ordu.az xəbər verir ki, bu barədə "GlobalFirepower" təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı yeni hesabatda bildirilib.

Bu il də ölkəmiz irəliləyiş əldə edən ölkələr sırasındadır. Təşkilatın 2019-cu il üzrə siyahısına əsasən Azərbaycan Ordusu bir pillə də irəliləyərək gücünə görə 52-ci yeri tutub.

Cənubi Qafqazın digər ölkəsi Gürcüstan dünyada 85-ci, Ermənistan isə 96-cı yerdədir.

Siyahıda ilk onluqda ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Yaponiya, Koreya Respublikası, Böyük Britaniya, Türkiyə və Almaniya orduları yer alıblar.

Qeyd edək ki, Siyahı hazırlanarkən silahların təkcə sayı deyil, eyni zamanda silahlanmanın diversifikasıyası da nəzərə alınıb. Əsas indikatorlardan biri olaraq hərbiyə yararlı insan sayı da nəzərə alınıb.

İnci Rzayeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Ordusu  


Bizi "telegram"da izləyin