Erməni general Meğridəki hadisəyə görə bütün görüşlərini ləğv edib

2019/03/14719-1553855579.jpg
Oxunub: 31942     17:31     29 Mart 2019    
Erməni general Meğridəki hərbi hissədə baş verən hadisədə oğlunun iştirak etməsi ətrafında yaranan qalmaqaldan sonra bütün görüşlərini ləğv edib.

Ordu.az-ın daha öncə də xəbər verdiyi kimi, dünən yayılan məlumatlara əsasən Meğridəki hərbi hissədə baş verən qarşıdurmanın pərdəarxasında Ermənistan Müdafiə Nazirliyinin milli müdafiə araşdırmalar institutunun rəisi general-mayor Gennadi Tavaratsyanın oğlu da olub.

Maraqlıdır ki, bu məlumatın yayılmasından sonra Tavartsyan dünən görüşlərinin ləğv edilməsi barədə məlumat yayıb.

Xüsusilə, qeyd edək ki, "Orbeli" mərkəzinin İrəvanda təşkil etdiyi elmi konfransda general-mayor Qenadi Tavaratsyanın çıxışı nəzərdə tutulsa da o, tədbirdə iştirak etməyib, onun əvəzinə müavini çıxış edib.

Bir çoxlarının fikrincə, konfransda Gennadi Tavaratsyanın iştirak etməməsi Meğridəki hərbi hissədə son baş verən hadisələrlə əlaqədardır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Meğri  


Bizi "telegram"da izləyin