İlham Əliyevlə Paşinyanın görüşü başa çatdı - FOTOLAR+VİDEO (Yenilənib)

2019/03/00-12-1553858710.jpg
Oxunub: 31183     19:29     29 Mart 2019    
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Ordu.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın təkbətək görüşü keçirilib. Sonra görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.

*****

Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təkbətək formada keçirilən ilk rəsmi görüş başa çatıb.

Ordu.az xəbər verir ki, liderlərin təkbətək görüşü 1,5 saatdan çox davam edib.

Ermənistan baş nazirinin sözçüsü Vladimir Karapetyan bildirib ki, təkbətək görüşdən sonra XİN rəhbərləri və həmsədrlərin iştirakı ilə geniş formatda danışıqlar davam etdirilir.

Təkbətək görüşdən əvvəl də liderlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, Minsk qrupunun həmsədrləri, o cümlədən, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin də iştirakilə geniş tərkibdə görüş keçiriblər. Həmin geniş tərkibli görüş isə 40 dəqiqə davam edib.

*****

"Vyanada Paşinyan-Əliyev geniş tərkibli görüş başa çatdı".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Vladimir Karapetyan öz "Facebook" səhifəsində yazıb.

"Baş nazir Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi danışıqları başlayıb", - deyə o əlavə edib.

*****

Avstriyanın paytaxtı Vyananın "Bristol" otelində, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

Ordu.az xəbər verir ki, görüşün iki saat davam edəcəyi bildirilir.







Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Paşinyan  


Bizi "telegram"da izləyin