Ordu.az xəbər veirr ki, 2017-ci ildə İsrail Bakıya 170 milyon dollarlıq silah çatdırıb.

Ordumuz, həmçinin hava hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulan İsrail istehsalı "Barak-8" zenit raket komplekslərinə də malikdir.

İsrailin ən böyük şirkətlərindən olan "Elbit Systems" Azərbaycan ordusunun T-72 tanklarının böyük bir partiyasını da modernləşdirib.

İsrail Bakıya həmçinin müasir 120 mm-lik CARDOM (Computerised Autonomous Recoil Rapid Deployed Outrange Mortar) minaatanları da ixrac edir.

Bundan başqa, Azərbaycana yarım dəqiqə ərzində minalanmış sahələrdə 50 m uzunluğunda və 1.5 m enində keçid zolağı açmaq qabiliyyətinə malik olan minadan təmizləmə POMINS-2 kompleksləri də ixrac edilib.

Azərbaycanın İsraildən "Storm" avtomobillərini də aldığı qeyd olunur.

Rəsmi mənbələr tərəfindən tərəfindən təsdiqlənməsə də, KİV-lərdə "Dəmir Qübbə" raket əleyhinə komplekslərə də sahib olduğumuz vurğulanır.
Alpər Mövludoğlu
Ordu.az