Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni güzəştlər verilib

2019/03/585c9-1553850918.jpg
Oxunub: 27956     13:22     29 Mart 2019    
Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni güzəştlər verilib.

Bu, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə edilən dəyişikliyə əsasən, dövlət peşə təhsili müəssisələrində və elmi təşkilatlarda ödənişli formada təhsil alan şəhid ailəsi statusu almış ailənin üzvləri təhsil haqqını ödəməkdən azad ediləcəklər.

Qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında səsverməyə çıxarılaraq qəbul edilib (ONA).

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid-ailələri  


Bizi "telegram"da izləyin