Paşinyan görüş ərəfəsində fraksiyasını Qarabağa göndərir

2019/03/27115-1553849842.jpg
Oxunub: 8612     13:12     29 Mart 2019    
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim Adımım” fraksiyası bu gün böyük bir heyətlə işğal altında olan Qarabağa gələcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu günün seçilməsi təsadüfi deyil.

Paşinyan-Əliyev görüşü ərəfəsində təşkil ediləcək səfərin məqsədi danışıqlara kölgə salmaq, oyuncaq qurumun guya mövcudluğunu ifadə etməkdir.

Nümayəndə heyətinin tərkibində “Mənim Adımım” fraksiyasının üzvü olan, parlamentinin daimi komissiyalarının sədrləri, fraksiyanın katibi və rəhbəri, parlamentinin sədr müavini Lena Nazaryan, həmçinin müdafiə komissiyasının bütün fraksiya təmsilçiləri daxildir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ   Təxribat  


Bizi "telegram"da izləyin