Ordu.az Türkiyənin “Axşam” qəzetinə istinadən xəbər verir ki, bu məlumatlara əsasən Türkiyədən ən çox silah ixrac edən ölkə Azərbaycandır.
Ölkəmiz Türkiyədən bu vaxta qədər 35 ədəd “Kobra”, 37 ədəd “Şorland”, 30 ədəd T-107 YARS, 40 ədəd T-122/300 YARS, 20 ədəd T-300 YARS, 108 ədəd TRG-300 “Kaplan” raketi, 25 ədəd SOM raketi əldə edib.
Sonrakı yerləri isə Bəhreyn, Banqladeş, BƏƏ, Burkina Faso, Filippin, Gürcüstan, Çernoqoriya, Qətər, Qazaxıstan, Kolumbiya, Kosova, Küveyt, Makedoniya, Malayziya, Mavritaniya, Misir, Özbəkistan, Pakistan, Ruanda və Rusiya tutur.
Türkiyənin ixrac etdiyi əsas məhsullar “Kobra”, zirehli transportyorlar, PUA-lar, zirehli döyüş vasitələri, bir neçə helikopter və gəmilərdir.
Ağalar Ağalarlı
Ordu.az