"FTB-nin nümayəndə heyəti Ermənistana gəlib"

2019/03/456-3107686272.jpg
Oxunub: 7586     11:28     29 Mart 2019    
"Etibarlı mənbələlərdən yeni daxil olan məlumata əsasən FTB-nin nümayəndə heyəti Ermənistana gəlib".

Ordu.az xəbər verir ki, bu barədə "Bir Ermənistan" partiyasının həmtəsisçisi Artur Qazinyan öz "Facebook" səhifəsində yazıb.


"Etibarlı mənbələlərdən yeni daxil olan məlumata əsasən ABŞ-ın Federal Təhqiqatlar Bürosundan (FTB) Ermənistana nümayəndə heyəti gəlib. Səfərin məqsədi Xüsusi İstintaq Xidməti il görüş keçirmək və Kennedinin ölüm faktının açılmasında əməliyyat yardımı üçün sorğu etməkdir.

Amerikalı həmkarlarına yardım etmək məqsədilə Xüsusi İstintaq Xidməti təcili olaraq Vahan Şirixanyan və Silva Hambartsumyanı dindirilməyə çağırıblar.

Uğurlu qarşılıqlı əməkdaşlıq olduğu halda Titanikin batması məqamının ifşa edilməsi və günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi imkanları ciddi şəkildə müzakirə olunur", - deyə o Paşinyanın həbslərinə istehza edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FTB   Ermənistan   Paşinyan   Diktator  


Bizi "telegram"da izləyin