Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Xanabad kənd rəhbəri Samvel Şahramanyan məlumat verib.
Onun sözlərinə görə, Ara Arakelyan ailədə iki qardaşdan biri olmaqla kiçikdir və 100 gündən sonra isə tərxis edilməli idi.
O qeyd edib ki, qətlə yetirilən erməni əsgərin atası Rusiyada işləyir və qətl barədə artıq məlumatlandırılıb. Şahramanyan, əsgərin ölüm səbəblərinin hələlik ona məlum olmadığını da əlavə edib.
Xatırladaq ki, martın 26-da saat 18:30 radələrində "N" nömrəli hərbi hissənin keçmiş hərbi şəhərciyi ərazisində müddətli hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Ara Qevorki Arakelyan ölümcül, kiçik çavuş Andranik Komitasi Koşkanyan isə sol biləyi nahiyyəsindən odlu silah yarası alması hadisəsi üzrə 3-cü qarnizon istintaq şöbəsində cinayət işi açılıb və ilkin istintaq tədbirləri davam edir.
Cinayəti törətməkdə şübhəli bilinən zərərçəkənlərin əsgər yoldaşının həbs edildiyi bildirilir.
Alpər Mövludoğlu
Ordu.az