Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ-ın Ukrayna üzrə Xüsusi nümayəndəsi Kurt Volker Gürcüstanın daxili və xarici məsələlərini müzakirə edərkən bildirib.
ABŞ-ın Gürcüstana “Javelin” raketlərini təmin etdiyini xatırladan Volker Gürcüstanın NATO-ya üzv olma istəyinə dəstəyini də bir daha ifadə edib.
Gürcüstana nə vaxtsa NATO üzvü olacağı ilə bağlı vədin verildiyi Buxarest sammitindən 10 il keçməsinə baxmayaraq hələ də bunun baş tutmamasını Volker belə əsaslandırıb: “NATO-dakı insanlar hələlik Gürcüstana Üzvlük Fəaliyyət Planının verilməsinə hazır deyil. Zənnimcə, tələskənlik yanlış olar, bu hətta Gürcüstana qarşı olmayan insanların gözündə də uğursuzluq kimi qəbul ediləcək. Lakin bizim NATO-Gürcüstan komissiyamız var ki, çox gözəl illik fəaliyyət planı həyata keçirir”.
Ağalar Ağalarlı
Ordu.az