Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, araşdırma nəticəsində əldə edilən məlumata görə, Avetisyan əsgər yoldaşı Qevork Petrosyan tərəfindən daim zorakılığa məruz qalıb.
İlkin araşdırmaya görə, erməni hərbi qulluqçu 2017-cil oktyabrın 20-də ona təhkim edilmiş AK-74 markalı avtomatla özünü, alın nahiyəsindən vurub. Onu dərhal hospitala təxliyyə etməyə cəhd etsələr də, yolda ölüb.
Məlum olub ki, Qevork Petrosyan yalnız Hraç Avetisyanı yox, digər əsgərlərlə bərabər "rəis" hesab edilən Armen Qabrielyanı da döyüb. Onlar bundan başqa daha iki hərbi qulluqçunu da döyüblər.
Cinayət işi üzrə ilkin araşdırma yekunlaşıb və məhkəməyə göndərilib.
Alpər Mövludoğlu
Ordu.az