Ordu.az-ın məlumatına görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.
Artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasına işgüzar səfərə gedib.
Qeyd edək ki, bundan öncə Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirilib.
Ordu.az