Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan Ermənistan ordusunun qanunsuz hərbi birləşməsində bir sıra yüksək vəzifəli hərbçilərin istefaya göndəriləcəyi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Belə ki, istefaya göndəriləcək yüksək vəzifəli hərbçilər arasında “1 Mart” cinayət işi çərçivəsində İrəvana dindirilməyə çağrılan hərbi birləşmənin komandir müavini general Samvel Karapetyan, digər müavinləri Qarik Safaryan və Vardan Balayan da var. Lakin bu addımın qanunsuz hərbi birləşmədə həyata keçiriləcək “böyük təmizləmə” əməliyyatının başlanğıcı olduğu qeyd olunur.
Bu əməliyyatın digər qurbanları “peşəkar” hərbçi kimi tanınan Slavik Danielyan, hərbi birləşmənin arxa cəbhə üzrə müavini Boris Davidov və digərlərinin də olacağı, lakin bu dəyişikliklərin mərhələli şəkildə həyata keçiriləcəyi bildirilir.
Alpər Mövludoğlu
Ordu.az