Ermənistan Qarabağdakı hərbi rəhbərliyində ciddi dəyişikliklər edəcək - FOTO

2019/03/456-1553751711.jpg
Oxunub: 21121     09:41     28 Mart 2019    
Ermənistanın işğal altında olan Qarabağda formalaşdırdığı qanunusuz hərbi birləşməsinin rəhbərliyində ciddi dəyişikliklər ediləcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yaxın günlərdə Qarabağdakı qanunsuz hərbi birləşmənin rəhbərliyi nəzdində yüksək vəzifəli hərbçilər arasında ciddi dəyişiklilər ediləcək.


Məlumata görə, xüsusilə qanunsuz hərbi birləşmənin komandan müavini, Oqanovski-Samvel Karapetyanın təqaüdə göndərilməsi gözlənilir. Onun tutduğu vəzifədən azad ediləcəyi barədə hələ Levon Mnatsakanyan hərbi birləşmə komandiri vəzifəsindən azad edilərkən danışılırdı.

Qarabağdakı qəzetin mənbələrinə istinadən bildirilir ki, Samvel Karapetyanın tutduğu vəzifədən azad edilməsi rəsmi olaraq səhhətində olan problemlərlə əlaqələndiriləcək. Eyni səbəblə hərbi birləşmə komandirinin digər bir müavini, Qarik Safaryan da tutduğu vəzifədən azad ediləcək. Bildirilir ki, o, keçən il uzun müddət müalicə kursu keçib.

Ermənistan ordusunun Qarabağda qanunsuz dislokasiya olunan hərbi birləşməsinin vəzifədən azad ediləcək digər vəzifəli hərbi qulluqçusu isə hərbi birləşmə komandirinin şəxsi heyətlə iş üzrə müavini Vardan Balayandır. Onun da təqaüdə göndəriləcəyi bildirilir. Etibarlı mənbələrin verdiyi məlumatda qeyd edilir ki, dəyişikliklər bununla yekunlaşmayacaq, ola bilər ki, növbəti istefalar dalğası baş qaldırsın.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qarabağ   İşğal  


Bizi "telegram"da izləyin