Xəstə erməni əsgərlərin müalicəyə göndərilməsi müşkül məsələyə çevrilib

2019/03/465_1-1553694067.jpg
Oxunub: 9432     16:44     28 Mart 2019    
İşğal altında olan yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında baxımsızlıq və tibbi ləvazimatların çatışmazlığı səbəbindən xəstələnmə halları çoxalıb.

Ordu.az xəbər verir ki, xəstələrin komandirlər tərəfindən müalicəyə göndərilməsi müşkül məsələyə çevrilir. Bunun ən əsas səbəbi isə ön xətt bölmələrində döyüş növbətçiliyinə cəlb ediləcək şəxsi heyətin çatışmamasıdır.

Məlumatda deyilir ki, neçə gündür xəstəlikdən və yüksək hərarətdən əziyyət çəkən, hava hücumundan müdafiə bölmələrində xidmət edən erməni hərbi qulluqçu Aşot Qrutyanın müalicəyə göndərilməsi, onun valideynləri yalnız bir çox yerlərə şikayət etdikdən sonra mümkün olub.

Həkimin dediyinə görə müalicəsi intensiv terapiya bölməsində davam etdirilən əsgər A.Qrutyanın sağlamlıq durumu stabil ağır olaraq qalır. O, da bildirilir ki, xəstə əsgərin müalicəsi üçün tələb olunan dərmanlar da onun valideynləri tərəfindən alınır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Xəstəlik  


Bizi "telegram"da izləyin