Balasanyanın bu təbliğatı müəyyən mənada təsirli olub. Belə ki, Zori Balayan da “müqavilə”nin 200 illiyi ilə bağlı, Qarabağa sahib çıxması barədə Rusiyaya çağırış etmişdi. Yəni Qarabağın taleyinin Rusiyaya etibar edilməsi ideologiyası ermənilərdə yeni formalaşmayıb.
Erməni KİV-lərindən biri Rusiyanın məsələyə birbaş daxil edilməsinin yanlış olduğunu və bunun Ermənistan üçün ağır nəticələnəcəyini yazır: “Məsələ, Rusiyanın bu mandatı bizim xeyrimizə istifadə etməsində yox, bizim bunu necə təsəvvür etdiyimizdədir. Nəhayət belə bir imkan həm çar Rusiyasında, həm də Sovet Rusiyasının əlində olsa da, Qarabağın taleyində azərbaycanlıların lehinə qərar verilib.
...Belə bir şəraitdə bəzi şərhlər səslənir ki, bu şərhlər həyata keçirilən siyasətlə ziddiyyət təşkil edir. Bu şərhlər isə istənilən ölkənin mandatı altında olarkən Ermənistanın ərazi itkilərinə məruz qaldığı, bölgənin hər hansı supergücün mandatı altında olmadığı qısa dönəmlərdə isə qələbə əldə etdiyini hamıdan yaxşı bilməli olan şəxsin ağzından çıxır.
Hazırda qalibiyyət və məğlubiyyət qarşıdurması ilə üz-üzə qalmışıq. Əslində isə bu belə deyil. Ümumiyyətlə əgər mümkündürsə münaqişənin sülh yolu ilə həlli qarşılıqlı güzəştə əsaslanacaq”, - deyə armtimes.com saytının yazısında qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az