Ordu.az xəbər verir ki, qarşıda gözlənilən görüşü şərh edərkən MDB ölkələri üzrə institutun direktor müavini Vladimir Yevseyev tərəflər arasında münaqişənin zəifləmədiyindən, bu görüşdə münaqişəsinin nizamlanması üzrə ciddi irəliləyiş gözləməyin mənasız olduğunu vurğulayıb.
Politoloq Qarabağ cəbhəsində gərginliyin azalmasını müvəqqəti hal hesab edib.
“Bütün baş verən proseslər münaqişənin sülh yolu ilə həll ediləcəyini deməyə əsas vermir. Bəzi əlaqələrin yaradılmasına əsaslanaraq irəliləyiş barədə danışılması ciddi yanaşma deyil”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az