Uzun sürən susqunluqdan sonra cəbhədə mərmi səsləri eşidilir...

2019/03/2E49D-1553686206.jpg
Oxunub: 30751     15:29     27 Mart 2019    
Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb.

Ordu.az-ın Qarabağ bürosu xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri bu gün səhər saatlarından etibarən işğal altında olan Ağdam rayonunu ərazisində növbəti qanunsuz hərbi təlimlərə başlayıb.

İşğalçı ordu təlimlərə atıcı silahlarla yanaşı, ağır artilleriya silahları da cəlb edib. Uzundərə adlanan ərazidə keçirilən təlimlərdə atılan mərmilər işğal altında olan ətraf kəndlərlə yanaşı, dağ massivində də partlayıb.

Partlayış səsləri cəbhəboyu kəndlərdə açıq şəkildə eşidilsə də əhali arasında heç bir təşviş yaranmayıb.

Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Atəşkəs   Cəbhə   Təxribat   Təlim  


Bizi "telegram"da izləyin