Almaniyalı politoloq: “Əliyev-Paşinyan görüşü “Madrid prinsipləri” ətrafında baş tutacaq”

2019/03/45645-1553682619.jpg
Oxunub: 18672     14:27     27 Mart 2019    
“Əliyev-Paşinyan görüşündə Madrid prinsiplərinin dəqiqləşdirilməsi ətrafında danışıqların aparılmasından başqa heç nə olmayacaq”.

Ordu.az xəbər verir ki, bu barədə almaniyalı politoloq Aleksandr Rar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Ermənistan və Qarabağın mövqeyini, “Madrid prinsipləri”nin dəqiqləşdirilməsi tələbini və həmsədrlərin mövqeyini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bir sıra məsələlər havadan asılı vəziyyətdə qalıb və əlavə izahatlara ehtiyac var.

“Bu məsələdə mütəxəssislər çoxdan vahid mövqedən çıxış ediblər. Buna görə də qarşıdakı görüşdə dəqiqləşdirmə ətrafında söhbətlər aparıla bilər. Amma bundan artıq bir şey olmayacaq. Danışıqlara fasilə verilməsi bir sıra təhlükələri əhatə edir. Buna görə də danışıqları hər hansı şəkildə davam etdirmək lazımdır. Ancaq bu halda da aprel döyüşlərinədək olan dönəmə geri dönürük. Həmin dövrdə də danışıqlar varmı, yoxmu, ümumi gündəlik varmı, yoxmu, deyə anlamaq olmurdu. Mən düşünürəm ki, ATƏT-in Minsk Qrupu daha ciddi işləməklə tərəfləri qane edən gündəliyin formalaşmasına imkan verməlidir”, - deyə Rar bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Madrid-prinsipləri   Qarabağ  


Bizi "telegram"da izləyin