Zorakılığa məruz qalan erməni əsgər xidmət yerindən qaçıb

2019/03/2018--1553682072.jpg
Oxunub: 15325     14:12     27 Mart 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında silah-sursatın və hərbi əmlakın oğurlanması, satılması ilə bağlı açılan cinayət işlərinin sayı çoxalmaqda davam edir.

Ordu.az xəbər verir ki, Üçmüədzin şəhər prokurorluğunun əməkdaşı Vahaq İskandaryanın hərbi hissəyə göndəriyi məkubda deyilir ki, Ermənistan ordusunun əsgəri Rafael Hovanesyan xidmət yerindən qaçdığına görə valideynləri prokurorluğa şikayət ediblər.

Onlar bildiriblər ki, övladları mütəmadi olaraq zorakılığa və təzyiqlərə məruz qaldığı üçün bu addımı ataraq xidmət yerindən qaçmaq məcburiyyətində qalıb.

Hərbi hissə komandanlığı əsgərə qarşı edilən təzyiq faktını ört-basdır etməyə çalışır. Hadisə ilə bağlı araşdırma davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Fərarilik  


Bizi "telegram"da izləyin