Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin informasiya idarəsinin rəisi Naira Harutyunyan məlumat yayıb.
"2019-cu ilin 26 mart tarixində, saat 18:30 radələrində "N" nömrəli hərbi hissənin keçmiş hərbi şəhərciyi ərazisində müddətli xidmət hərbi qulluqçuları kiçik çavuş Ara Qevorki Arakelyanın ölümcül və kiçik çavuş Andranik Komitasi Koşkanyanın sağ biləyi nahiyyəsindən odlu silah yarası alması faktı üzrə 3-cü qarnizon istintaq şöbəsində cinayət məcəlləsinin 34-104-cü maddəsinin 2-ci hissəsinin1-ci bəndi üzrə cinayət işi açılıb və ilkin araşdırma davam edir".
Cinayət işinin ilkin araşdırma mərhələsində cinayət məcəlləsinin 34-104-cu maddəsinin (öldürməyə cəhd), 2-ci hissəsinin 1-ci bəndi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən zərərçəkənlərin əsgər yoldaşı həbs edilib.
İstintaq tədbirlərinin davam etdiyi bildirilir.
Daha öncə xəbər verdiyimiz kimi, dünən, saat 18:40 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində naməlum şəraitdə aldığı odlu silah yarasından 1998-ci il təvəllüdlü müddətli xidmət hərbi qulluqçusu Ara Qevorki Arakelyan ölüb.
Alpər Mövludoğlu
Ordu.az