Erməni politoloq: “Hazırkı mərhələdə Qarabağ məsələsinin sülh yolu ilə həlli yoxdur”

2019/03/46357-1552993738.jpg
Oxunub: 837     15:07     19 Mart 2019    
“Həm də bütün bunların dərk edilməsi, məni min dəfə əmin olmağa məcbur edir ki, Nikol Paşinyan hökuməti Ermənistanın baş ağrısı olaraq öz ordusundan qaçan üzvlərin aşırı dozada təcrübəsidir”.

Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Narek Samsonyan öz "Facebook" səhifəsində yazıb.

“Ötən gün Samvel Babayanın Qarabağ məsələsi ilə bağlı bir neçə müsahibəsinə baxırdım. Təbii ki, bütün bunlardan çoxlarının yaddaşında yalnız “Qarabağa rus mandatının verilməsi” haqqında olan absurd iddialı müsahibəsi qalır. Lakin əmin olun ki, bu absurd iddiadan başqa kifayət qədər əhəmiyyətli olan fikirlər vardı.

Babayan hərbçi olaraq diplomatik bacarıqlardan çox uzaqdır və ötən gün bunu aydın və açıq şəkildə dedi. Bunu, həmçinin Qarabağ müharibəsindən xəbərdar olanlardan da eşitmişdim. Babayan çox məntiqli bir məsələni irəli çəkir. Yaxşı, hesab edək ki, Madrid prinsiplərində mövcud olan bütün maddələrlə razılaşırıq və azərbaycanlı qaçqınlar öz köhnə yaşayış yerlərinə qayıdırlar. Referendum zamanı nə edəcəyik? Bu, hələlik ən vacib sualdır. Belə ki, məsələn Şuşa, Laçın rayonlarında əhalinin 95%-ni azərbaycanlılar təşkil edib, xüsusilə də Şuşa ən çox əhali sayı olan rayonlardan biridir.

Digər vacib bir məsələ isə, əgər Kəlbəcəri, yaxud Ağdamı qaytarırıqsa, necə bir vəziyyətin yaranacağıdır? Bütün bunların mərkəzi və ən vacib məsələsi odur ki, Əliyev bu prinsiplərin məntiqi ilə razıdırmı? Bunlar həyata keçdiyi halda çətin ki, Qarabağ bundan sonra erməni ərazisi olaraq qalsın. Bu faktların birləşməsi məntiqi baxımdan onu göstərir ki, hətta Ermənistandakı indiki “lulu” hakimiyyət olmasa, yenə də Qarabağ məsələsinin indiki mərhələdə danışıqlar yolu ilə həlli olmayacaqdı. Güc strukturları isə hər gün, hər an, hər dəqiqə hazır olmalıdırlar.

P.S. Həm də bütün bunların dərk edilməsi, məni min dəfə əmin olmağa məcbur edir ki, Nikol Paşinyan hökuməti Ermənistanın baş ağrısı olaraq öz ordusundan qaçan üzvlərin aşırı dozada TƏCRÜBƏSİDİR”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

Erməni politoloq: “Hazırkı mərhələdə Qarabağ məsələsinin sülh yolu ilə həlli yoxdur”

2019/03/46357-1552993738.jpg
Oxunub: 838     15:07     19 Mart 2019    