“Tərəfdaşlarımız deyirlər ki, Qarabağ Ermənistanın ola bilməz” - Paşinyan

2019/03/13266-1552991453.jpg
Oxunub: 1363     14:29     19 Mart 2019    
"Dağlıq Qarabağın statusu ilə bağlı müxtəlif yanaşmalar var və Azərbaycan Prezidenti İlham Əliyevlə, həmsədrlərlə, eləcə də digər beynəlxalq tərəfdaşlarımızla apardığım müzakirələrdə bu məsələyə aydınlıq gətirilməsinə ehtiyac yarandı".

Ordu.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bəyan edib.

“Biz nizamlanmaya dair öz şərhimizi təqdim edə bilərik, amma məsələ bəyanatların mübadiləsində deyil. Praktikada bu nə deməkdir? Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ onun tərkib hissəsi olmalıdır. Amma Dağlıq Qarabağın ayrıca dövlət və ya Ermənistanın tərkib hissəsi olmasının təfsir edildiyi sənədlər və s. də var. Bu məsələ ilə bağlı ən fərqli şərhlər var və onların bəziləri ictimailəşdirilib, bəziləri isə ictimaiyyətə qapalıdır. Adlarını çəkə bilmədiyim bəzi beynəlxalq tərəfdaşlarımız hesab edirlər ki, Dağlıq Qarabağ Ermənistan Respublikasının tərkibində ola bilməz. O biriləri isə əksini deyirlər. Üçüncülər də başqa şeyi... Kimin haqlı, kiminsə haqsız olduğunu anlamaq istəyirəm. Baş nazir seçildikdən sonra XİN rəhbərimizlə keçmiş xarici işlər naziri Edvard Nalbandyanla görüşdük və bəzi detallar barədə bizi məlumatladırmasını xahiş etdik. Və proses davam edir”, - deyə Paşinyan çıxışında vurğulayıb.

Qondarma qurumun danışıqlar prosesində tərəf kimi iştirakının vacib olduğuna dair əvvəlki destrukriv mövqeyinə sadiq qalan Paşinyan vurğulayıb ki, rəsmi İrəvan tərəfdaşları ilə “fakta əsaslanan” müzakirələri davam etdirəcək və hətta nizamlamaya dair mövqeyini dəyişə bilər. Lakin Azərbaycandan da eyni addım atmasını gözləyir.

“Danışıqlar bir-birimizi eşitmək üçün təşkil olunur. Ermənistan ən azı dinləmək bacarığını nümayiş etdirdi və opponentini anlamağa çalışdı. Və qarşı tərəfdən də eyni şeyi gözləyirik. Tərəfdaşlarımız hesab etsə ki, münaqişənin həlli ilə bağlı hansısa yerdə mövqeyimiz hədsiz sərtdir, onda bu mövqeyimizi yumşalda bilərik, amma opponentlərimizdən də eyni addımı gözləyirik, əks təqdirdə dialoq baş tutmaz”, - deyə Paşinyan qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Qarabağ  

“Tərəfdaşlarımız deyirlər ki, Qarabağ Ermənistanın ola bilməz” - Paşinyan

2019/03/13266-1552991453.jpg
Oxunub: 1364     14:29     19 Mart 2019    