Ermənistanın sabiq Baş naziri: “2016-cı il aprel döyüşlərində yüzlərlə itkilər verdik”

2019/03/5765_-1552718654.jpg
Oxunub: 1385     10:38     16 Mart 2019    
“Status-kvonu qoruyub saxlamaq, güclənmək və danışıqları davam etdirmək lazımdır”.

Ordu.az xəbər verir ki, bu barədə Qarabağ münaqişəsi ətrafında baş verən hadisələrlə bağlı Ermənistanın sabiq, ilk Baş naziri Vazgen Manukyan “Ankax” informasiya agentliyinə müsahibəsində bildirib.

O qeyd edib ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra iqtidar qanadından olan bəzi nümayəndələr tərəfindən Qarabağ hərəkatı tarixinin bağlanması, yeni səhifənin açılması, hətta yeni səhifənin Qarabağ müharibəsindən daha önəmli olduğuna dair bəyanatlar verilib.

“Bütün bunlar onu göstərirdi ki, yeni hakimiyyət Qarabağ məsuliyyətini öz boynuna götürmür. Lakin tədricən vəziyyət dəyişməyə başlayıb. Nikol Paşinyanın təhlükəsizlik şurasının son iclasındakı çıxışından məlum oldu ki, hakimiyyət Qarabağ məsələsi ilə bağlı məsuliyyəti öz boynuna götürməyə başlayıb”, - deyə o vurğulayıb.

Paşinyan ardıcıl siyasət yürütməklə qondarma qurumu danışıqlar masasına çəkməyə cəhd göstərsə də, buna ATƏT-in Minsk qrupu məlum bəyanatla faktiki olaraq cavab verib.

Manukyanın bununla bağlı mövqeyi isə belədir: “Əgər Qarabağın (qondarma qurum-red.) danışıqlar masasına qaytarılması fikri baş tutarsa, böyük qələbə olar, lakin bu, mümkün deyil. İlk növbədə ona görə ki, əgər Azərbaycan Qarabağla danışıqlar masasında oturarsa, bu, o deməkdir ki, Azərbaycan dolayı yolla bu və ya digər şəkildə Qarabağı tanıyır. Yəni Azərbaycan istənilən yolla bundan yayınacaq. Bunu yaxşı dərk edən Minsk qrupu belə bir vəziyyəti danışıqlara maneə hesab edir. Minsk qrupunun bizə qarşı münasibəti artıq dəyişir və Azərbaycan bundan yararlana bilər. İndiyədək danışıqların səmərəli olmadığı hesab olunurdu. Heç olmasa zaman bizim xeyrimizə işləyirdi. Şərt olaraq irəli sürülən 3 prinsip, ərazi bütövlüyü, gücün tətbiq edilməməsi və öz müqəddəratını təyinetmə hüququ öz daxili ziddiyyətləri olan bir sənəd idi. Buna əsasən müharibənin qarşısını almaq mümkün olurdu. Madrid prinsiplərinə gəldikdə isə burada təhlükəli bəndlərin olduğu və işlək olmadığına əminəm”.

Danışıqların sanki dalana dirəndiyi, ermənilərin Qarabağın işğalından heç vaxt əl çəkməyəcəyini, bunu artıq həmsədrlərin də dərk etdiyini, eyni zamanda Azərbaycanın da bununla heç vaxt barışmayacağı məlum olduğu halda, münaqişənin həll yolu açarının harda olduğuna gəldikdə isə Manukyan qeyd edib:

“Azərbaycan Qarabağ üzərində nəzarəti bərpa etmək üçün müharibəyə əl ata bilər. Onlar zamanı müharibəyə hazırlıq məqəsdilə istifadə edirdi. 2016-cı il aprel döyüşlərində yüzlərlə itkilər verdik, ordunun nöqsanlarını gördük. Aprel döyüşləri erməni ordusunda islahatlar aparılmasına dəstək verdi. Gələcəkdə müharibənin qarşısını almaq üçün bir yol qalır, ordunu gücləndirmək. Azərbaycanı danışıqlara məcbur etmək lazımdır. Danışıqları davam etdirmək lazımdır. Tərəfdaş ölkələrlə, Rusiya, ABŞ və Avropa ölkələri ilə münasibətlər dərinləşdirilməli, əlaqəlar möhkəmləndirilməli, yeni tərəfdaşlar cəlb edilməlidir. Diqqətli olmaq, status-kvonu qoruyub saxlamaq, güclənmək və danışıqları davam etdirmək lazımdır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

Ermənistanın sabiq Baş naziri: “2016-cı il aprel döyüşlərində yüzlərlə itkilər verdik”

2019/03/5765_-1552718654.jpg
Oxunub: 1386     10:38     16 Mart 2019    