"Qarabağ cəbhəsində müharibə təhlükəsi əvvəlki kimi aktualdır" - Markarov

2019/03/5b9b4-1552653679.jpg
Oxunub: 1161     17:41     15 Mart 2019    
"Qarabağ münaqişəsinin həllində təqdim olunan prinsiplərin konkret müəyyən edilməsinə ehtiyac var".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bu gün mətbuat konfransında politoloq Aleksandr Markarov bildirib.

Onun fikrincə, danışıqlar masasında olan nizamlama bəndləri yanlış anlayışlara səbəb olur və münaqişə tərəflərinin hər biri bunu özünəməxsus şəkildə şərh edir.

"Əgər konket nəticə əldə edilməsinə nail olmaq istənilirsə, indi bu bəndlərin aydınlaşdırılması və dəqiqləşdirilməsi zamanıdır. Diplomatik fəallıqdan asılı olmayaraq, Qarabağ cəbhəsində müharibə təhlükəsi əvvəlki kimi aktualdır.

Azərbaycan və Ermənistan liderlərinin qarşıdakı görüşündə Bakı Qarabağa geniş muxtariyyət statusunun verilməsinə təkid edəcək, erməni tərəfi isə öz növbəsində danışıqlar formatının dəyişdirilməsi və Xankəndi nümayəndələrinin (qondarma qurum-red.) danışıqlarda birbaşa iştirakı məsələsini qaldıracaq", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Müharibə  

"Qarabağ cəbhəsində müharibə təhlükəsi əvvəlki kimi aktualdır" - Markarov

2019/03/5b9b4-1552653679.jpg
Oxunub: 1162     17:41     15 Mart 2019    