Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ötən gün Ermənistanın Qarabağdakı qanunsuz hərbi birləşməsinin komandanı general-leytenant Levon Mnatsakanyan "vəzifəsi"ndən niyə azad edildiyini bilmədiyini söyləyib.
"Mən nə bilim, niyə azad edildim, kim çıxarıb, ondan soruşun. əgər çıxarıblarsa, yəqin narazıdırlar", - deyə erməni mətbuatına verdiyi müsahibədə vəzifəsindən azad edildikdən sonra Qarabağdakı qondarma qurumun "fövqəladə hallar xidməti"nin direktoru təyin edilən Levon Mnatsakanyan bildirib.
Sasun Mikayelyanın məlum qalmaqallı açıqlamasından sonra qanunsuz hərbi birləşmənin "mətbuat xidməti"nin katibi Senor Hasratyanın verdiyi bəyanata görə, azad edildiyi barədə mətbautda yayılan xəbərlərin doğru olub-olmadığına dair verilən suala, Mnatsakanyan belə cavab verib: "Səbəbin nə olduğunu, mən dəqiq deyə bilmərəm, nə yazılıbsa mən də elə düşünürəm, şərh etməyim", - deyə cavab verən Mnatsakanyan "Bəlkə də" deməklə əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az