Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Mnatsakanyanın əvəzinə 19916 nömrəli hərbi hissənin komandirinin birinci müavini - qərargah rəisi, general-mayor Karen Abrahamyan təyin edilib.
Qərargah rəisi vəzifəsinə isə 42009 nömrəli hərbi hissənin komandiri vəzifəsindən azad edilən Cəlal Harutyunyan təyin edilib.
Qanunsuz hərbi birləşmənin komandanı vəzifəsindən azad edilən Levon Mnatsakanyan isə qondarma qurumun "fövqəladə hallar xidməti"nin direktoru vəzifəsinə təyin edilib.
Məlumata görə, onu qərargah rəisi vəzifəsində 18-ci motoatıcı diviziyanın komandiri Cəlal Harutyunyan əvəz edəcək. O, "təhlükəsizlik xidməti"nin sərhəd qoşunlarının keçmiş komandiri Armen Abrahamyanın qardaşıdır.
Abrahamyan və Harutyunyanın əslən Qarabağ ermənisi olduğunu bildirilir.
Alpər Mövludoğlu
Ordu.az